\
19 Aprel 2024 - Cümə

Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü keçirildi - Video + Yenilənib

Nyu-Yorkda Blinken-Bayramov-Mirzoyan görüşü keçirildi - Video + Yenilənib
1738baxış

“ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramovla görüş keçirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan açıqlayıb.

 

Onun sözlərinə görə, üçtərəfli formatda keçiriləcək görüş bu gün Nyu-Yorkda baş tutacaq.

***

Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli görüşü başlayıb.

***

“Mən Ermənistandan və Azərbaycandan olan həmkarlarıma bu gün burada olduqlarına görə təşəkkür etmək istəyirəm. Keçən həftə son döyüşlərdə ölən və ya yaralananların ailələrinə və yaxınlarına səmimi başsağlığı verməklə başlamaq istəyirəm. Döyüşlərin dayandırılması və son - son bir neçə gündə heç bir əlavə hərbi əməliyyatın olmaması bizi ruhlandırır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra deyib.

“Həm Ermənistanın Baş naziri Nikol Paşinyanla, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə son zənglərimdə hər iki lider mənə sülhə hazır olduqlarını bildirdilər. Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur. Amma məncə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır. Bu söhbəti davam etdirmək üçün bu gün burada olduqları üçün hər iki həmkarıma minnətdaram” – Blinken əlavə edib.