\
28 Mart 2024 - Cümə axşamı

Hikmət Hacıyev Qriqoryanla nəyi müzakirə edib?

Hikmət Hacıyev Qriqoryanla nəyi müzakirə edib?
1650baxış

“Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra mətbuata açıqlamasında deyib.

O diqqətə çatdırıb ki, görüşün nəticələri haqda Cek Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib.

“Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - Hikmət Hacıyev qeyd edib.

Mediapress.az