\
29 Mart 2024 - Cümə

Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək

Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək
1691baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrovbu gün Azərbaycana səfərə gələcək.

"Report" xəbər verir ki, o, dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

İclas zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlıq müzakirə ediləcək.

Bundan əvvəl Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcəyi barədə məlumat vermişdi.