\
24 Aprel 2024 - Çərşənbə

Ər-Riyad şahzadənin Qaşıqçının qətlində məsuliyyətli olması barədə ABŞ-ın qətnaməsini rədd edib

Ər-Riyad şahzadənin Qaşıqçının qətlində məsuliyyətli olması barədə ABŞ-ın qətnaməsini rədd edib
1703baxış

Səudiyyə Ərəbistanı ölkənin varis şahzadəsiMəhəmməd bin Salman Əl-Səudun jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşıması ilə bağlı Amerika Senatının qətnaməsini rədd edib.

"Report"un məlumatına görə, bu barədə Səudiyyənin SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı krallığı bu yaxınlarda Birləşmiş Ştatların Senatı tərəfindən açıqlanmış, əsassız iddialara və ittihamlara əsaslanan, krallığın daxili işlərinə kobud müdaxiləni özündə cəmləşdirən, bu ölkənin regional və beynəlxalq rolunu pozan mövqeyi rədd edir.

Bununla yanaşı, nazirlik krallığın Birləşmiş Ştatlarla münasibətlərin inkişafına sadiqliyini vurğulayıb. Krallıq Amerika Senatının mövqeyi ilə bağlı narahatlığını ifadə edib.

ABŞ Konqresinin Senatı ötən cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanınınvəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.