\
28 Mart 2024 - Cümə axşamı

Rusiya səfiri: "Azərbaycanla hərbi-texniki əməkdaşlığımız fəal şəkildə inkişaf edir"

Rusiya səfiri: "Azərbaycanla hərbi-texniki əməkdaşlığımız fəal şəkildə inkişaf edir"
1603baxış

"Azərbaycanla hərbi-texniki əməkdaşlığımız fəal şəkildə inkişaf edir".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən mətbuat konfransında deyib.

"Müdafiə nazirlərimiz ildə bir neçə dəfə əlaqə saxlayırlar. Bu il Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi üç dəfə Bakıya gəlib. Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilərin Azərbaycan limanlarına dostcasına yanaşmaları həyata keçirilir", - M.Boçarnikov bildirib.

Onun sözlərinə görə, Azərbaycan son bir neçə il ərzində Rusiyanın hərbi müsabiqələrində fəal iştirak edir.