\
26 Aprel 2024 - Cümə

Y.Timoşenko P.Poroşenkonu tutduracağına söz verdi - Seçkiqabağı vədlər

Y.Timoşenko P.Poroşenkonu tutduracağına söz verdi - Seçkiqabağı vədlər
1706baxış

Ukraynada seçkiqabağı proseslər dama sürətlə davam edir. Ölkə rəhbəri vəzifəsinə “Batkivşina” partiyasından namizəd olan Yuliya Timoşenko hazırkı prezidenti korrupsioner  adlandıraraq həbs etdirəcəyini bildirib. Medciapress.az Ria.ru-ya istinadən xəbər verir ki, Y.Timoşenko MSK-da prezidentliyə namizəd vəsiqəsini aldıqdan sonra indiki ölkə rəhbərini bir çox cinayətlərdə ittiham etməyə başlayıb.

Xatırladaq ki, Ukraynada seçki marafonu ötən ilin 31 dekabr tarixindən start götürüb. Hələlik MSK 22 nəfəri prezidentliyə namizəd kimi qeydə alıb. Onların arasında hələlik hazırkı prezident Pyotr Poroşenko yoxdur.

Aparılmış sosial sorğuların nəticələrinə görə, respondentlərin cəmi 14%-i P.Poroşenkoya etimad edir. Namizədlər arasında isə Y.Timoşenkonun reytinqi ən yüksək qiymətləndirilir.