\
27 Aprel 2024 - Şənbə

Putin 9 generalı vəzifəsindən azad etdi

Putin 9 generalı vəzifəsindən azad etdi
1679baxış
Rusiya prezidenti Vladimir Putin güc strukturlarının 9 generalını işdən çıxardıb.
 
Mediapress.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
 
İşdən çıxarılanlar arasında general-leytenant Sergey Didenko(FHN-in Sibir regional mərkəzinin rəisi), general-mayorlar İrina Zeybert (İstintaq Komitəsi sədrinin baş köməkçisi), Aleksandr Kuznetsov (DİN-in Krasnoyarsk əyaləti üzrə Baş İdarəsinin rəis müavini), Vladimir Nikitiyev (Cəzaların İcrası Federal Xidmətinin Kirov əyaləti üzrə rəisi) və başqalarının adı var.