\
25 Aprel 2024 - Cümə axşamı

Axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub

Axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub
1726baxış

Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bizə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.

Mediapress.az