\
20 Aprel 2024 - Şənbə

ABŞ Suriyadakı kürdləri hansı halda dəstəkləməyəcəyini açıqladı

ABŞ Suriyadakı kürdləri hansı halda dəstəkləməyəcəyini açıqladı
1640baxış

“Əgər Suriya Demokratik Qüvvələri (SDQ) Suriya prezidenti Bəşər Əsəd və ya Rusiya ilə əməkdaşlığa başlasa, biz onlara kömək etməkdən imtina edəcəyik”.

Ria Novosti-nin məlumatına görə, bu bəyanatı ABŞ-ın Suriya və İraqdakı terrorçu qüvvələrlə mübarizə koalisiyasının komandanı, general-leytenant Pol Lakamer verib.

“Onlar bizim tərəfdaşlarımız olduqları müddətdə, biz SDQ qüvvələrinə təlim keçəcək və silahlandıracağıq”,- deyə amerikalı general bildirib.

Lakamer bildirib ki, əgər SDQ hökumət qüvvələri ilə eyni cəbhəyə keçsə, ABŞ onlara yardım etməyəcək.

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri 2014-cü ildən bəri Suriya rəsmilərinin icazəsi olmadan bu ölkənin ərazisində İŞİD qüvvələrinə qarşı döyüşürlər.

Ötən ilin dekabr ayında Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılacağını bəyan etsə də, bu barədə ətraflı məlumat verilməyib.

Mediapress.az