\
26 Aprel 2024 - Cümə

Donald Tramp: "KXDR lideri ilə hərbi təlimlər müzakirə edilməyib"

Donald Tramp: "KXDR lideri ilə hərbi təlimlər müzakirə edilməyib"
1561baxış

Amerika Birləşmiş Ştatların Prezidenti Donald Tramp Vyetnamda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə görüşdə ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri məsələsini müzakirə etmədiklərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində qeyd edib. Bildirib ki, hərbi təlimlərlə bağlı məsələlər Kim Çen In ilə görüşdə müzakirə olunmayıb. Bu barədə deyilənlər yalandır.

ABŞ Prezidenti həmin hərbi təlimlərin böyük maliyyə məsrəfləri ilə əlaqədar təxirə salındığını və bu qərarın KXDR lideri ilə görüşdən əvvəl qəbul edildiyini deyib.

Qeyd edək ki, budan əvvəl ABŞ-ın bəzi kütləvi informasiya vasitələri Donald Trampın Cənubi Koreya ilə nəzərdə tutulan iki əsas birgə hərbi təlimi Koreyaya güzəşt olaraq təxirə saldığını iddia edən məqalələr yayıb.

Mediapress.az