\
29 Mart 2024 - Cümə

Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib

Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
1989baxış

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.

O, aprelin 1-də Kiyev hava limanında olacağını deyib.

Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır.

O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb. (report)

Mediapress.az