\
23 Aprel 2024 - Çərşənbə axşamı

Rusiya: "ABŞ Braziliyanı NATO-ya üzv etməklə hərbi alyansı solçular əleyhinə “antikomintern paktı”na çevirmək istəyir"

Rusiya: "ABŞ Braziliyanı NATO-ya üzv etməklə hərbi alyansı solçular əleyhinə “antikomintern paktı”na çevirmək istəyir"
1620baxış

Xəbər verildiyi kimi ABŞ prezidenti Donald Tramp braziliyalı həmkarı Jair Balsonaru ilə görüşü zamanı Braziliyanın da NATO-ya üzv olmasını təklifini önə sürüb.

Şübhəsiz ki, bu ən çox hərbi alyansı strateji düşməni olaraq görən Rusiyanı ciddi narahat edib.
Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Konstantin Kosaçev Donald Trampın yeni ideyası ilə bağlı fikirlərini yerli mətbuatla paylaşıb.

K.Kosaçevin sözlərinə görə, Donald Tramp bununla bir çoxlarının dedyini əksinə olaraq NATO-ya qarşı çıxmadığını göstərmək istəyir. Buna görə də həmin təklifi Ağ Evin esktravaqant rəhbərinin əcaib ideyası kimi deyil, gələcək reallıq kimi qəbul etmək lazımdır. Bundan başqa onun düşüncəsi bir neçə məqsədi özündə birləşdirir.

“Braziliyanın yeni sağçı liderini ya NATO-ya, ya da başqa bir formatda hərbi alyansa dəvət edilməsi bizə “Antikomintern paktı”nı (1936-cı ildə faşist Almaniyası və Yaponiya arasında SSRİ əleyhinə imzalanmış sazişdir-red.) xatırladır”,-deyə Konstantin Kosaçev bildirib.

Rusiya rəsmisinin fikrincə, Donald Trampın təklifi Amerika qitəsində solçular əleyhinə yönəlib.

Mediapress.az