\
16 Aprel 2024 - Çərşənbə axşamı

Tramp Ağ Evdə NATO baş katibini qəbul edəcək

Tramp Ağ Evdə NATO baş katibini qəbul edəcək
1642baxış

ABŞ prezidenti Donald Tramp və NATO baş katibi Yens Stoltenberq aprelin 2-də Ağ Evdə görüşəcəklər.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə ABŞ administrasiyasının mətbuat xidməti bildirib.

"Prezident və baş katib görüşdə beynəlxalq təhlükəsizlik və sabitliyin dayağı olan NATO-nun 70 illiyi şərəfinə ittifaqın əhəmiyyətini vurğulayacaqlar", - deyə məlumatda bildirilir. Qeyd edilir ki, görüş geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq.

NATO-ya üzv ölkələrin Xarici İşlər nazirləri Şurasının iclası aprelin 3-4-də Vaşinqtonda keçiriləcək.

Daha əvvəl NATO-nun baş katibi Azərbaycanın da iştirak etdiyi təlimləri izləyib.