\
16 Aprel 2024 - Çərşənbə axşamı

MSK: Vladimir Zelenski Ukraynada prezident seçkilərinin nəticələrinə görə liderdir

MSK: Vladimir Zelenski Ukraynada prezident seçkilərinin nəticələrinə görə liderdir
1806baxış

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanıb.

Bu barədə "Report" Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir.

Bildirilir ki, son məlumata prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.

Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir. 

Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.  

Mediapress.az