\
19 Aprel 2024 - Cümə

Mövlud Çavuşoğlu: " Rusiya ilə bağlanan müqavilənin ləğvi mümkünsüzdür"

Mövlud Çavuşoğlu: " Rusiya ilə bağlanan müqavilənin ləğvi mümkünsüzdür"
1620baxış

Rəsmi Ankara Vaşinqton və digər tərəfdaşlarına dəfələrlə bildirib ki, "S-400" zenit-raket komplekslərinin tədarükünə dair Rusiya ilə bağlanan müqavilənin ləğv olunması mümkünsüzdür .

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə açıqlamasında bildirib.

"Biz əvvəllər, hələ bir neçə ay bundan öncə, həm ABŞ, həm də digər tərəfdaşlarımıza bildirdik ki, Rusiya ilə müqavilə ləğv edilə bilməz. Biz artıq hava hücumundan müdafiə sistemlərini almışıq, sövdələşmə başa çatıb", - deyə Çavuşoğlu əlavə edib.

Türkiyə xarici siyasət idarəsinin başçısı bir daha xatırladıb ki, Ankara öz müttəfiqlərindən analoji sistem ala bilmədiyi üçün Rusiyadan "S-400" zenit-raket kompleksləri almağa məcbur olub. Diplomat, həmçinin bu müqavilə nəticəsində Türkiyədən narazı olan ölkələrin mövqeyini də tənqid edib.