\
27 Aprel 2024 - Şənbə

Fransa və Ermənistan XİN başçıları Qarabağ münaqişəsini müzakirə ediblər

Fransa və Ermənistan XİN başçıları Qarabağ münaqişəsini müzakirə ediblər
1682baxış

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İve Le Drian Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyanla Dağlıq Qarabağmünaqişəsini müzakirə edib.

“Report” xəbər verir ki, bu məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Z.Mnatsakyan fransalı həmkarına aprelin 15-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüş barədə məlumat verib.

Tətəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün münbit şəraitin yaradımasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan Fransaya işgüzar səfər edib. 

Mediapress.az