\
23 Aprel 2024 - Çərşənbə axşamı

Donald Tramp müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Donald Tramp müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib
1569baxış

ABŞ prezidenti Donald Tramp Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.

Ağ Ev tərəfindən yayılan təbrikdə Tramp Ramazan ayının müqəddəs Quranın Məhəmməd peyğəmbərə nazil edildiyi zaman qeyd olunduğunu bildirib. O deyib ki, Ramazan ayı boyunca müsəlmanlar şəfəqdən gecəyə qədər oruc saxlayır, Qurandan surələr oxuyur və başqa insanlara qarşı xeyirxah əməllər edirlər.

Tramp insanların Ramazan ruhunda, daha ahəngdar və hörmətli cəmiyyətə nail ola bilmələrini qeyd edib və birinci xanım Melania Trampın da təbriklərə qoşulduğunu bildirib.

Mediapress.az