\
26 Aprel 2024 - Cümə

Türkiyə XİN-dən Ermənistana sərt etiraz!

Türkiyə XİN-dən Ermənistana sərt etiraz!
1644baxış

1973-cü ildə Türkiyənin Vaşinqtondakı səfirliyində erməni terrorunun qurbanı olan diplomatlar Mehmet Baydar və Bahadır Demirin qətlə yetirilib. Xatırladaq ki, Mehmet Baydar və Bahadır Demiri ABŞ-ın Santa Barbara şəhərində yaşayan erməni Qurgen Yanikyan vəhşicəsinə öldürüb. Yanikyan məhkəmə zamanı "türklər mənim üçün insan deyil",  – deyərək cinayətinə haqq qazandırmağa çalışıb. Qatil 11 il həbsdə qalsa da, sonradan Kaliforniyanın erməni qubernatoru Corc Dekmecyan tərəfindən sağlamlıq bəhanəsi ilə əfv edilərək azadlığa buraxılıb və 17 gün sonra ölüb. 

Mediapress.az xəbər verir ki, bu il mayın 5-də Türkiyə XİN 1973-cü ildə Los-Ancelesdə baş konsul olmuş Mehmet Baydarla onun müavini Bahadır Demiri şəhid edən erməni terrorçu Qurgen Yanukinin ABŞ-dakı cəsədinin qalıqlarının İrəvana gətirilərək, hərbi mərasimlə dəfn olunmasına sərt reaksiya verib və bunu terrorizmə təşviq cinayəti adlandırıb.

Qeyd edək ki, erməni terrorçunun Los-Ancelsdəki qəbri açılıb, cəsədin qalıqları İrəvana gətirilib və hərbi mərasimlə dəfn olunub.