\
26 Aprel 2024 - Cümə

Yaponiya qondarma “erməni soyqırımı”nı tanımağı rədd etdi

Yaponiya qondarma “erməni soyqırımı”nı tanımağı rədd etdi
1639baxış

“Bizim Türklərə baxış bucağımız fərqlidir”

Erməni diasporunun qondarma "erməni soyqırımı” üçün Yaponiya dövlətinə “Gəlin, bu il bu soyqırımı siz də tanıyın" təklifinə yaponlar rədd cavabı verib və bir də bu təkliflə gəlməməyi xahiş ediblər.

AzNews.az-ın məlumatına görə, bu barədə Yaponiyanın ən böyük “nhk” televiziya holdinqinin “World” kanalı xəbər verib.

Kanalın xəbərinə görə, bu rədd cavabından sonra erməni diasporu Yaponiyaya 2-ci bir təklif də verib: “Yaxşı, indilik soyqırımı tanımayın, amma gəlin Türklərin etdiyi qətliam üçün tikdiyimiz soyqırımı abidəsinə çiçək qoyun, baxın, dünən Türklərlə eyni dinə inanan (İslam) və Türklərin ümmət dedikləri ərəb dünyası erməni soyqırımını tanıyaraq soyqırımı abidəsini ziyarət etdi və Türk ictimaiyyətinin xəbəri belə olmadı. Siz yaponların əndişələnməsinə heç bir gərək yoxdur”.

Onların bu təklifinə qarşılıq olaraq yaponlar “Bizim ölkəmizin Türklərə baxış bucağımız fərqlidir” - deyərək, 2-ci təklifi də rədd ediblər.

Elgün Mənsimov
AzNews.az