\
26 Aprel 2024 - Cümə

ABŞ Prezidentinin oğlu senata ifadə verməyə çağırılıb

ABŞ Prezidentinin oğlu senata ifadə verməyə çağırılıb
1618baxış

ABŞ prezidenti Donald Tramlpın böyük oğlu Donald Tramp 2016-cı ildə ölkədə keçirilən prezident seçkisi qabağı kampaniyaya Rusiyanın müdaxiləsi işi üzrə ifadə vermək üçün Senatının Kəşfiyyat üzrə komitəsinə çağırılıb.

“Report” xəbər verir ki, məlumatı “DV” yayıb.

Bildirilib ki, senatorlar kiçik Donald Trampdan bir müddət əvvəl konqresin müstəntiqlərinə “Rusiya təhqiqatı” ilə bağlı verdiyi cavabları təkrar soruşmaq niyyətindədirlər.

2017-ci ildə prezidentin oğlu komitənin qarşısında kəşfiyyat və hüquq komitələrində məsələ üzrə çıxış edib. Onda kiçik Tramp bildirmişdi ki, Moskvada “Tramp qülləsi”nin tikintisi barədə üzdən məlumatı olub.

ABŞ KİV-i bildirib ki, senatorlar ilk dəfədir Trampın ailə üzvləri ilə bağlı məsələni gündəliyə daxil ediblər.