\
19 Aprel 2024 - Cümə

ABŞ Əsədi kimyəvi silahın tətbiqində ittiham etdi

ABŞ Əsədi kimyəvi silahın tətbiqində ittiham etdi
1655baxış

Suriya hakimiyyətinin yenidən kimyəvi silahdan istifadə etdiyinə dair əlamətlər var.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti bildirib.

“Təəssüf ki, biz Bəşər Əsəd rejiminin mayın 19-da Suriyanın şimal-qərbində kimyəvi silahdan yenidən istifadə etdiyinə dair əlamətləri görürük. Biz bu hadisə haqqında hələ informasiyanı yığırıq”, - idarənin rəsmi nümayəndəsi Morqan Ortaqusun bəyanatında deyilir.

Dövlət Departamenti Suriya hakimiyyətinin ünvanına xəbərdarlığı təkrarlayıb ki, kimyəvi silahın tətbiqi halında cavab təcili və müvafiq olacaq.

Mediapress.az