\
21 Avqust 2019 - Çərşənbə

Rustavi-2-dən sonra ukraynalı jurnalist də Putini söydü - Video

Rustavi-2-dən sonra ukraynalı jurnalist də Putini söydü - Video
573baxış

Ukraynanın "24-cü kanalı"nın jurnalisti Artyom Ovdiyenko Rustavi-2 televiziyasının aparıcısı Georgi Qabuniyaya dəstək məqsədiylə Rusiya Prezidenti Vladimir Putini təhqir edib.

Ovdiyenko özünün müraciət videosunu Feysbuk səhifəsində paylaşıb. Müraciətində Putini bir neçə dəfə təhqir edən jurnalist onun Gürcüstan, Ukrayna və Moldovadan uzaq olmasını istəyib. O, Putindən öz ölkəsiylə maraqlanmasını tələb edib.

Qeyd edək ki, Qabuniya bundan öncə Putini canlı efirdə müxtəlif söyüşlərlə təhqir etmişdi. Onun bu addımı etirazlara səbəb olmuş, daha sonra isə Qabuniya 2 aylıq efirdən uzaqlaşdırılmışdı. Rusiya isə Gürcüstana bunun qarşılığında sanksiyalar tətbiq etməkdən imtina etmişdi.(axar)

Mediapress.az