\
19 Aprel 2024 - Cümə

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli formatı genişləndirilə bilər

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli formatı genişləndirilə bilər
1612baxış

“Gürcüstan-Azərbaycan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin Bakıda keçirilən üçtərəfli görüşündə regiondakı proseslər və əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava“Facebook” səhifəsində yazıb.

O, bu formatda görüşün artıq ikinci ildir təşkil olunduğunu bildirib: “Üçtərəfli format yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün çox yaxşı platformadır. Bugünkü görüşdə biz bu formatın inkişafı və genişləndirilməsi üçün işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə etdik. Gələn il növbəti görüşün keçirilməsi və il ərzində birgə əldə olunan nəticələrin müzakirə olunması planlaşdırılıb”.

Mediapress.az