\
26 Aprel 2024 - Cümə

Səfirlik: İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir

Səfirlik: İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir
1695baxış

İranın Azərbaycandakı səfirliyi rəsmi Tehranın işğalçı Ermənistanla hərbi əməkdaşlığına dair yayılan məlumatları təkzib edib. 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, İranın Ermənistanla birgə hərbi əməkdaşlığa başlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“İki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır və Səfirlik bu kimi xəbərləri təkzib edir. İran İslam Respublikası hər zaman Dağlıq Qarabağmünaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir”. 

Mediapress.az