\
29 Mart 2024 - Cümə

11 sentyabr terrorçusu ABŞ-a Səudiyyə Ərəbistanına qarşı birlik təklif edib

11 sentyabr terrorçusu ABŞ-a Səudiyyə Ərəbistanına qarşı birlik təklif edib
1612baxış

ABŞ-da 11 sentyabrda yaşanan teraktın təşkilatçılarından olan Xalid Şeyx Məhəmməd onun barəsində edam hökmü istənilməyəcəyi təqdirdə Səudiyyə Ərəbistanına qarşı mübarizədə terror qurbanlarına kömək edəcəyini bildirib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məhəmmədin vəkilinin bildirdiyinə görə, edam cəzası ehtimalı qalxarsa, daha böyük iş birliyi də istisna olunmur.

2001-ci ilin sentyabr ayının 11-də ABŞ-a qarşı həyata keçirilən silsilə terror aktlarının təşkilatçıları Səudiyyə Ərəbistanından olduğu üçün hadisənin məhz Səudiyyə Ərəbistanı dövləti tərəfindən maliyyələşdirildiyi bildirilib. 

9/11 Sheikh Mohammed

Lakin Səudiyyə Ərəbistanının rəsmiləri hər zaman bu iddianı rədd edib. 

Hadisədən sonra faciə qurbanlarının yaxınları Səuddiyyə Ərəbistanından şikayətçi olub, bu dövləti məhkəməyə veriblər.

Xalid Şeyx Məhəmməd və digər terrorçular faciə qurbanlarının yaxınlarına bu mövzuda köməklik edəcəklərini və məhkəmədə şahid qismində iştirak edəcəklərini bildiriblər.

Khalid Sheikh Mohammed was captured in Pakistan in 2003 and has been held in Guantanamo Bay prison since 2006 [File: AP]

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də 4 şərnişin təyyarəsi oğurlanıb. Onlardan ikisi Nyu-Yorkdakı əkiz qüllələri hədəf alıb, oğurlanan digər təyyarə Pentaqonun binasına çırpılıb, 4-cü təyyarə isə F-16 tərəfindən Pensilvaniyada vurulub. Hadisə nəticəsində 3 mindən çox insan həyatını itirib.