\
26 Aprel 2024 - Cümə

Böyük Britaniyada parçalanma siqnalları - Şotlandiya yenə ayrılmaq istəyir

Böyük Britaniyada parçalanma siqnalları - Şotlandiya yenə ayrılmaq istəyir
1590baxış

Şotlandiyanın Böyük Britaniyadan ayrılması haqqında təkrar referendum keçirilməsi təqdirdə müstəqillik tərəfarları qələbə qazana bilərlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Holyrood” saytı hakim Mühafizəkarlar partiyasının üzvü Maykl Eşkroftun sifarişi əsasında keçirilən sorğunun nəticələrini dərc edib.

Sorğu Şotlandiyanın 1019 sakini arasında aparılıb. Onlardan 46%-i müstəqillikdən yana səs veriblər. Respondentlərin 43%-i isə Böyük Britaniyanın tərkibində qalmaq istədiklərini söyləyiblər. 11% seçim etməkdə çətinlik çəkdiyini bildirib.

Lakin ümumi gəlinən qənaət 2021-ci ildə ikinci referendumun keçirilməsindən ibarət olub.

Xatırladaq ki, 2014-cü ildə baş tutan ümümxalq səsverməsində Şotlandiya əhalisinin 55%-i Böyük Britanyadan ayrılaraq müstəqillik elan edilməsinin əleyhinə olduğunu bildirib.

Lakin Şotlandiyada hələ də separatçı Milli partiya (SNP-Scottish National Party) iqtidardadır və onlar bu ideyadan əl çəkmək istəmirlər. Ölkənin birinci naziri Nikola Stercen Böyük Britaniyanın “Breksit” qərarı verməsindən dolayı bölgənin iqtisadi fəlakətlə üz-üzə qala biləcəyini deyib. Qeyd olunurki, İngiltərədən fərqli olaraq Şimali İrlandiya və Şotlandiya 2016-cı ildə keçrilən “Breksit” referendumunda Avropa Birliyində qalmaqdan yana səs vermişdilər.

Lakin rəsmi Londonun Şotlandiyaya ikinci şans vermək niyyəti yoxdur. Hələ bu ilin aprel ayının 25-də Tereza Mey hökumətinin naziri Devid Lidinqton parlamentin bununla bağlı növbəti akt qəbul etməsinin mümkünsüzlüyünü göstərmişdi.

Yeni Boris Conson hökumətinin də fərqli mövqe tutacağı gözlənilmir.