\
26 Aprel 2024 - Cümə

Türkiyə və ABŞ-ın Suriyada birgə təhlükəsiz bölgə yaratması mümkün olmayıb

Türkiyə və ABŞ-ın Suriyada birgə təhlükəsiz bölgə yaratması mümkün olmayıb
1629baxış

"Təəssüf ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılması ilə bağlı arzu etdiyimiz nəticəni əldə edə bilmədik".

“Report” xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci çağırış 3-cü qanunverici ilinin açılşı mərasimində çıxışı zamanı deyib.

“Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmayıb. Türkiyə bir gün belə itirə bilməz”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Xatırladaq ki, sentyabrın 18-də R.T.Ərdoğan Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığı danışıqların iki həftə ərzində nəticə vermədiyi halda öz hərəkət planlarının işə düşəcəyi barədə məlumat vermişdi.