\
29 Mart 2024 - Cümə

“İlham Əliyev bir daha ünvanladı ki, işğala son qoymaq üçün Azərbaycan bütün vasitələrdən istifadə edəcək!” - Aydın Mirzəzadə

“İlham Əliyev bir daha ünvanladı ki, işğala son qoymaq üçün Azərbaycan bütün vasitələrdən istifadə edəcək!” - Aydın Mirzəzadə
1611baxış

Prezident İlham Əliyevin Soçidə keçirilən  “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasının sessiyasında yaddaqalan çıxışı oldu.

Milli məclisin üzvü Aydın Mirzəzadə ölkə rəhbərinin bu çıxışını rəğbətlə qarşılayıb. O, Moderator.az-a ölkə cənab İlham Əliyevin alqışalayiq çıxışı ilə bağlı açıqlama verib:

“Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytarmaq əzmini çoxdan ortaya qoyub. Bunun üçün bütün vasitələrdən istifadə edib. Beynəlxalq aləmdə də məsələ qaldırılıb, beynəlxalq təşkilatların bununla bağlı sərəncamları var.

Bir sözlə, Azərbaycan heç bir zaman Ermənistanı işğalçılıq siyasətinə dözməyəcək. Ermənistan prezidentinin, Ermənistanın baş nazirinin bir müddət əvvəl Xankəndində bir qrup tərəfdarı qarşısında provakasiyalı çıxışına cavab verilməli idi. Ermənistan rəhbəri yalnız bir qrup tərəfdarı qarşısında çıxış etdi. Amma Azərbaycan prezidenti dünya liderlərinin toplaşdığı bir tədbirdə öz sözünü dedi. İlham Əliyev bir daha ünvanladı ki, Azərbaycan heç bir zaman işğala dözməyəcək və birmənalı şəkildə Qarabağ Azərbaycanındır. İşğala son qoymaq üçün Azərbaycan bütün vasitələrdən istifadə edəcək!”

Könül Aypara