\
19 Aprel 2024 - Cümə

Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək

Azərbaycan və Ermənistan XİN başçıları ilin sonuna qədər görüşəcək
1668baxış

zərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ilin sonuna qədər daha bir görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələrinə əsasən yaydığı bəyanatda deyilir.

Həmçinin qeyd olunur ki, vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumat verəcək.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün dekabr ayında Bratislavada keçirilə biləcəyini açıqlamışdı.