\
20 Aprel 2024 - Şənbə

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
1619baxış

ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Diplomata ABŞ Konqeresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanun layihəsinə görə etiraz notası təqim olunub. 

Qeyd edək ki, oktyabrın 29-da ABŞ-ın Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib.

Layihəni Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Demokratlar Partiyasının üzvü, Kaliforniya dan konqresmen, ermənipərəst Adam Şiff təqdim edib. Məlumata görə, qətnamə Konrqesin Yuxarı Palatasında (Senat) da səsverməyə çıxarılacaq.