\
20 Aprel 2024 - Şənbə

Vitali Kliçkoya qarşı cinayət işi qaldırılıb

Vitali Kliçkoya qarşı cinayət işi qaldırılıb
1936baxış

Ukrayna Milli Antikorrupsiya Bürosu boks üzrə ukraynalı keçmiş dünya çempionu və Kiyevin eks-meri Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb.

"Report"un "RBK Ukraina"ya istinadən verdiyi məlumata görə, Kliçko hakimiyyətdən sui-istifadədə şübhəli bilinir. 48 yaşlı sabiq idmançı Şulyavsk yol ötürücüsünə ayrılmış vəsaitin yoxa çıxmasında günahlandırılır. 

Qeyd edək ki, Vitali Kliçko karyerasını 2012-ci ilin sentyabrında başa vurub. O, 5 iyun 2014-cü ildən Kiyev meri idi. 

Mediapress.az