\
28 Mart 2024 - Cümə axşamı

Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq

Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq
1576baxış
Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq. 
 
“aysor.am” saytı verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib. 
 
Onun sözlərinə görə, Rusiya ilə bağlanmış müqaviləyə əsasən, Ermənistan 2019-cu ilin dekabrında və ya 2020-ci ilin yanvar-fevralında çoxfunksiyalı Su-30SM qırıcılarını almağı planlaşdırır. 
 
Erməni nazir qeyd edib ki, ölkəsi azı dörd ölkədən silah alır.(APA)