\
20 Aprel 2024 - Şənbə

Məmmədyarovla Mnatsakanyanın görüş yeri və vaxtı açıqlandı

Məmmədyarovla Mnatsakanyanın görüş yeri və vaxtı açıqlandı
1605baxış
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub.
 
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü dekabrın 4-də baş tutacaq. XİN başçıları Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcək.
 
Qeyd edək ki, E.Məmmədyarovla Zohrab Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.