\
8 Avqust 2020 - Şənbə

ATƏT sədri: “Münaqişələri həll etmək üçün sehrli çubuğum yoxdur”

ATƏT sədri: “Münaqişələri həll etmək üçün sehrli çubuğum yoxdur”
1167baxış
"İnsanlar hələ də münaqişələrdən əziyyət çəkirlər, həyatlarını itirirlər. Bütün səmimiyyətimlə deyirəm ki, fəaliyyət müddəti başa çatan sədr kimi mənim münaqişələri həll etmək üçün sehrli çubuğum yoxdur”.
 
Mediapress.az-ın  APA-ya istinadən xəbərinə görə, bunu Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.
 
"Lakin mən çox güclü inama sahibəm. ATƏT-in münaqişələrin həlli üçün göstərdiyi səy əvəzsizdir”, - deyə M. Layçak vurğulayıb.
 
Slovakiyanın Baş Naziri Peter Pelleqrini isə bildirib ki, ATƏT-in hələ də regionu daha stabil və təhlükəsiz etmək üçün rolu mövcuddur.
 
"Slovakiyanın sədrliyi göstərdi ki, biz sabitliyə töhfə vermək istəyirik. İnsanlar münaqişələrdən əziyyət çəkir. Biz siyasi həll yollarını və dialoqu dəstəkləyirik”, - deyə Baş Nazir qeyd edib.