\
26 Aprel 2024 - Cümə

Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini yenidən tənqid edib

Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosini yenidən tənqid edib
1574baxış

ABŞ prezidenti Donald Tramp, Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini Senatda impiçment prosedurunun şərtlərini respublikaçılara diktə etməyə çalışmaqda ittiham edərək tənqid edib.

Bu barədə Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Dəli Nensi, bu impiçmentin yalan şərtlərini Senatdakı respublikaçıların əksəriyyətinə diktə etmək istəyir. Eyni zamanda, bütün proseduralardan imtina edir - əksəriyyəti demokratların təşkil etdiyi Palataya vəkillər və şahidlərı çağırmır. Demokratlar bunun bitməsini istəyirlər. Onların araşdırması ölüdür və reytinqləri dəhşətlidir!”.

Bu arada, impiçmentlə bağlı sorğu keçirilib. “ABC” və “The Washington Post” tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 49% -i Konqresin Trampa impiçment etməsini, 46% faizi isə etməməsini bildirib. (report)