\
10 Aprel 2020 - Cümə

Tramp Süleymanidən yazdı, demokratları topa tutdu

Tramp Süleymanidən yazdı, demokratları topa tutdu
1711baxış
ABŞ prezidenti öldürülən İran generalı Qasım Süleymani ilə bağlı daha bir paylaşım edib.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, rəsmi "Twitter" hesabında növbəti dəfə demokratları tənqid atəşinə tutub. 
 
"Demokratlar və yalan xəbər mediası 20 ildir edilməli olan şeyi sırf mən etdim deyə, terrorçu Süleymanini möhtəşəm bir adam imiş kimi göstərməyə çalışırlar. İqtisadi, hrbi və hər hansısa bir sahədə etdiyim hər şey sol demokratlar tərəfindən alçaldılır. Heç bir şey etməyən demokratlar! Yalan xəbər mediası və onların demokrat ortaqları terrorçu Süleymaninin gələcəkdəki hücumları yaxında idi, yoxsa uzaqda, həmçinin mənim komandam onlarla saziş içində idi, yoxsa deyildi, bunu müəyyənləşdirməyə çalışırlar. Hər ikisinin cavabı da güclü "Bəli"dir. Amma əslində bunun heç bir önəmi yoxdur. Çünki onun dəhşətli keçmişi var idi", - deyə Tramp yazıb.