\
19 Aprel 2024 - Cümə

Barbiye bənzəmək üçün əməliyyat etdi, bu hala düşdü - FOTO

Barbiye bənzəmək üçün əməliyyat etdi, bu hala düşdü - FOTO
1767baxış
Etdirdiyi estetik əməliyyatlarla məşhurlaşan "Ken Bebek” bu dəfəki görünüşü ilə hər kəsi şoka salıb.
 
 Rodrigo Alves adlı şəxs estetik əməliyyat üçün tez-tez Türkiyəyə də gəlirmiş.
 
Barbiyə bənzəmək üçün dəfələrlə əməliyyat olunan Alves cinsiyyətini də dəyişib. O, bu əməliyyatı da Türkiyədə etdirərək özünə Jessica adını qoyub.
 
Alves artıq Barbie olmağı deyil qadın olmaq istədiyini deyib. Bu vaxtadək 70 estetik əməliyyat olunan kişi görüntüsü ilə TV ulduzuna çevrilib. O, bu dəfə etdirdiyi son əməliyyatdan sonra salona gedərək videosunu çəkib.
 
Alvesin üzündəki şişkinlik və göyərmələr hər kəsi şoka salıb. İzləyiciləri onun fotosunu sosial şəbəkədə paylaşmağa başlayıb.
 
Rodrigo Alves "özünü hər zaman Barbie kimi hiss etdiyini, indi isə qadın olduğunu” bildirib. (azxeber)