\
16 Aprel 2024 - Çərşənbə axşamı

ABŞ-da üzü dəyişdirilən ilk insan öldü – 57 yaşında...

ABŞ-da üzü dəyişdirilən ilk insan öldü – 57 yaşında...
1952baxış

ABŞ-da cərrahiyyə əməliyyatı ilə üzü dəyişdirilən ilk insan olan Kanni Kulp 57 yaşında vəfat edib.

Kulpun əməliyyatla əlaqədar olmayan bir infeksiya səbəbindən öldüyü bildirilib.
2004-cü ildə həyat yoldaşının fiziki zorakılığından sonra sifəti tanınmaz hala düşən Kulp 2008-ci ildə 22 saatlıq cərrahiyyə əməliyyatı keçirmişdi.

Üzü dəyişdirilən Kulp bu səbəbdən xoşbəxt olduğunu demişdi: “İndi qoxu ala bilirəm. Ət yeyə bilirəm, normal qidalanıram. Yəni hər şey daha yaxşıya doğru gedir”.