\
29 Mart 2024 - Cümə

ABŞ-da 4 nəfəri qətlə yetirən çılpaq kişi əvvəllər Trampla görüşməyə cəhd edib

ABŞ-da 4 nəfəri qətlə yetirən çılpaq kişi əvvəllər Trampla görüşməyə cəhd edib
1780baxış

ABŞ-ın Neşvill şəhərində atəş açaraq 4 nəfəri qətlə yetirən çılpaq kişi əvvəllər Ağ Evə soxularaq prezident Donald Trampla görüşməyə cəhd edib.  

Qeyd olunan şəxs ötən ilin iyul ayında Ağ Evin hasarını adlamağa cəhd edərkən ABŞ-ın Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs prezidentlə görüşmədən ərazini tərk etməkdən imtina etmişdi. Onun üzərindən tapança aşkarlandığından, silah saxlamaq hüququndan məhrum edilmişdi. Məlumata görə, silah sonradan onun atasına təhvil verilmiş, o isə tapançanı yenidən oğluna qaytarmışdı.   

Qeyd edək ki, ABŞ-ın Neşvill şəhərində kafe qarşısında çılpaq kişi silahdan atəş açaraq 4 nəfəri qətlə yetirib. (apa)

 

Mediapress.az