\
25 Fevral 2021 - Cümə axşamı

Yerə stadion ölçüsündə asteroid yaxınlaşır

Yerə stadion ölçüsündə asteroid yaxınlaşır
568baxış

Fevralın 22-də Yerə stadion ölçüsündə asteroid yaxınlaşacaq.

Bu barədə NASA məlumat yayıb.

Hesablamalara əsasən 213 metr diametri olan “2020 XU6” asteroidi planetimizə təxminən dörd milyon kilometr məsafəyə qədər yaxınlaşacaq.

Bu gün eyni zamanda 23 metr diametrli “2020 BV9” və “2021 CC5” asteroidləri də Yerin yaxınlığından keçəcək.

Ötən gün isə “2021 DD1” (10 metr) və “2021 DK1” (61 metr) asteroidləri planetin yaxınlığından keçmişdi.