\
29 Mart 2024 - Cümə

Vahiməli Uşaq adası - FOTOLAR

Vahiməli Uşaq adası - FOTOLAR
2237baxış

Meksikada yerləşən Uşaq adası ilk baxışdan qorxu filmlərin çəkildiyi məkanları xatırladır. 

Mediapress.az xarici mətbuata istinadən xəbər verir ki, burada çirkli paltar geyindirilmiş dolaşıq saçlı, gözü çıxarılmış, ayaqları və qolları qoparılmış yüzlərlə oyuncaq var.

İndi isə bu haqda daha dolğun ətraflı məlumatı nəzərinizə çatdıraq. Belə ki, bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus idi,1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra deyilənlərə görə qızın ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. Təxminən 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplamışdır. Hal-hazırda adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi sanki çürüməkdə olan uşaq bədənini xatırladır.