\
26 Aprel 2024 - Cümə

Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanılıb

Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanılıb
1851baxış

Brisben aeroportunda Balidən uçan Avstraliya vətəndaşı saxlanılıb. Trend-in məlumatına görə, sərnişinin saxlanılmasına səbəb çamadanda iki dələni keçirməyə cəhd etməsi olub.

Ölkənin sərhəd qoşunlarının komandanı Terri Prays insidenti şərh edərkən deyib ki, vəhşi heyvanların qaçaqmalçılığı nəinki qanunsuz , həm də zorakılıqdır: "Həmin heyvanlar qapalı yerdə, havasız uzun müddət qalırlar, yemək, su istifadə etmirlər".

Qeyd edək ki, Avstraliyada vəhşi heyvan qaçaqmalcılığına görə cəza 10 il azadlıqdan mərhum etmə, eləcə də 210 000 Avstraliya dolları həcmində cərimə hesab olunur.

Mediapress.az