\
25 Aprel 2024 - Cümə axşamı

İtinin ad günündə onun dördayaqlı dostlarına qonaqlıq verdi - Gürcüstanda

İtinin ad günündə onun dördayaqlı dostlarına qonaqlıq verdi - Gürcüstanda
1845baxış

Gürcüstanda qeyri-adi hadisə baş verib. Mediapress.az Новости-Грузия-ya istinadən xəbər verir ki, Kutaisi şəhər sakini Onise Melkadze yerli televiziya kanalında operator vəzifəsində çalışır. O, İngilis Poynteri cinsindən olan Bim adlı itinə sevgisi ilə tanınır. Hətta bu yaxınlarda özünə itinin şəkli olan, itinə isə özünün şəkli olan futbolka alıb. Lakin Onisenin məhəbbəti bununla yekunlaşmır. O, sevimli iti Bimin builki ad gününü xüsusi təmtəraqla qeyd edib. Bimin şərəfinə böyük bir ziyafət təşkil edib və məclisə çoxlu sayda itləri dəvət edib. Menyuda Gürcü mətbəxindən olan insan yeməkləri çoxluq təşkil edib. Xaçapuri, Kuçmaçi, Kupati və Bimin çox sevdiyi tort onun köpək dostlarına təqdim olunub. Onisenin facebookda etdiyi etirafa görə, o, özünə edəcəyi səviyyədə itinə ad günü keçirmək fikrində olub və statusunda yazıb: “Bim və onun dostları. Əvvəlcə stolda körpələri oturtduq, sonra özümüz oturarıq”. Onisenin bu statusu minlərlə “like” almaqla yanaşı, mətbuatın xəbər mövzusuna çevrilib. Hətta bu barədə xüsusi televiziya süjeti də hazırlanaraq tamaşaçılara təqdim olunub.