\
20 Aprel 2024 - Şənbə

10 ildir atann gözü yoldadır

10 ildir atann gözü yoldadır
1835baxış

Tailandda bir hərbçi sosial şəbəkə profilində maraqlı hadisə haqda yazıb. O, Banqkokda bir kişinin 10 ildir yolun kənarında qızını gözlədiyindan danışıb.

Yaşlı kişi hərbçi Poramet Misomfopun diqqətini bir neçə gün əvvəl çəkib. Əvvəlcə bir xeyli qocanı müşahidə edib. Sonra onun haqda məlumat toplamağa başlayıb. Yerli sakinlərdən birindən öyrənib ki, kişi 10 ildir burada qızını gözləyir. Qızı bir dəfə atasını maşınla bura gətirib, avtomobildən düşürəndən sonra nəsə deyərək, gedib. Kənardakılarda kişinin bu cür atılması təəssüratı yaranıb.

İndi kişi hər gün həmin yerdə qızını gözləyir. Halbuki ətrafdakılar qızın geri qayıtmayacağına əmindirlər. Ona hər gün yemək gətirirlər, acından ölməyə qoymurlar.

Misomfop qoca ilə danışmağa cəhd göstərib. Kişi elə hey təkrar edirmiş: “Qızım tezliklə qayıdacaq, qızım tezliklə qayıdacaq…”

Hərbçi sosial şəbəkədə kişinin şəklini də paylaşıb. Bəlkə bu yolla onu tanıyan oldu. Qızını tapmaq şansı da yarana bilər.