\
23 Aprel 2024 - Çərşənbə axşamı

Pəncərədən yıxılan körpəni havada tutdu – VİDEO

Pəncərədən yıxılan körpəni havada tutdu – VİDEO
1786baxış

İstanbulun Fateh rayonunda qeydə alınmış görüntü bu gün sosial şəbəkələrdə maraqla qarşılanıb.

Suriya əsilli ailənin övladı olan Doha Muhammed ikinci mərtəbədə pəncərədən yıxılarkən küçədən keçən əlcəzairli qaçqın, 17 yaşlı Feuzi Zabaat uşağı havada tutub.

Bu anlar küçədəki nəzarət kameralarının yaddaşına həkk olunub.

Balaca Doha sağ-salamat ailəsinə təhvil verilib.