\
29 Mart 2024 - Cümə

Tabutu betonlandı, ikinci arvanın evində dəfn edildi - VİDEO

Tabutu betonlandı, ikinci arvanın evində dəfn edildi - VİDEO
1720baxış

 

Zimbabvenin sabiq prezidenti Robert Muqabe dəfn edilib.

Unikal.org xəbər verir ki, sabiq prezidentin cənazəsinin oğurlanmasından narahat olan ailəsi, onun nəşini polad tabutda, üzəri betonla bağlanmış halda dəfn edib. 

Zimbabvenin köhnə lideri Robert Mugabenin cənazəsi, ailəsi və hökumət arasında təxminən 20 gündür davam edən danışıqlardan sonra dəfn edilib. 

Muqabenin cənazəsi ailənin istəyi ilə, şənbə günü doğulduğu kəndində Zvimbada, ikinci həyat yoldaşı Grace Mugabenin evinin yaxınlığındakı bir sahədə xüsusi bir mərasimlə torpağa tapşırılıb.

Qeyd edək ki, bu ilin 6 sentyabr tarixində Sinqapurda dünyasın dəyişən Muqabe nəşi paytaxt Harereyə gətirildikdən sonra 'təhlükəsizlik səbəbindən' tabutu dəyişdirilib.

Mediapress.az