\
19 Mart 2024 - Çərşənbə axşamı

Ölkənin ən çox uşağı olan qadını yenə hamilədir - Syu 22-ci övladını dünyaya gətirməyə hazırlaşır

Ölkənin ən çox uşağı olan qadını yenə hamilədir - Syu 22-ci övladını dünyaya gətirməyə hazırlaşır
1725baxış

Böyük Britaniyada çoxuşaqlı ana yenidən övlad dünyaya gətirməyə hazırlaşır. Məsələ ondadır ki, Syu adlı qadın 22-ci dəfə ana olacaq. O, hələ ötən il 21-cu uşağını dünyaya gətirəndən sonra hamilə qalmayacağı barədə söz vermişdi. Görünür fikrindən tez daşınıb. 44 yaşlı Syu artıq hamilə qalmayacağı barədə vədi o 20-ci uşağından sonra da vermişdi.

Ölkənin ən böyük ailəsində yene artıma hazırlaşır. Syu Redford və əri Noel artıq ultrasəs görüntülərini öz izləyiciləri ilə bölüşüblər. Hazırda qadın 15 həftəlik hamilədir.

Xatırladaq ki, cütlüyün evində 10 oğlan, 11 qız övladları var. İndi onlar sayı bərabərləşdirmək üçün oğlan arzusundadırlar. 

O ilk övladını 14 yaşında dünyaya gətirib. Çoxuşaqlı ailə övladlaı üçün nəzərdə tutulan yardımdam başqa, hökumətdən hər hansı güzəşt almadıqlarını deyir. Ailənin şəxsi un məmulatları sexi var. Ata və bir neçə böyük uşaq da çalışır. 

Mediapress.az