\
19 Aprel 2024 - Cümə

Marsdan Yerə qaya nümunələri gətiriləcək - 7 milyardlıq layihə

Marsdan Yerə qaya nümunələri gətiriləcək - 7 milyardlıq layihə
1798baxış
NASA və Avropa Kosmik Agentliyi Marsdan qaya nümunələrinin Dünyaya gətirilib araşdırılması üçün layihə hazırlayır.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən layihə üçün 7 milyard dollarlıq büdcə ayrılıb. Qaya parçalarının 2031-ci ildə Yer kürəsinə gətirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, NASA bu araşdırma üçün gələn ilin iyul ayında "Mars 2020" robotunu kosmosa göndərəcək.