\
29 Mart 2024 - Cümə

Teoman konsertinə gecikdi - VİDEO

Teoman konsertinə gecikdi - VİDEO
1756baxış

Dünən - 14 Fevral Sevgililər Günündə Türkiyənin məşhur rok müğənnisi Teoman “Elektra Hall”da konsert proqramı ilə çıxış etdi.

Mediapress.az xəbər verir ki, Teomanın konserti ilə əlaqədar günorta saatlarına mətbuat konfransı təyin olunsa da, nədənsə təşkilatçılar son anda konfransı təxirə saldılar.

Konsertin özü isə axşam saat 20:00-a müəyyənləşdirilmişdi. Amma rok ulduz pərəstişkarlarını nə az, nə çox, düz 2 saat gözlətdirdi. Gedən getsə də, zalda tamaşaçı əlindən tərpənmək mümkün deyildi. Teomansevərlər bu fürsəti əldən buraxmaq niyyətində olmayıblar.  

Onu da əlavə edək ki, 20-dən çox jurnalistlə konsertdən öncə 10 dəqiqəlik görüşən Teoman yalnız 3 suala cavab verdi.

Günel Ayxan