\
1 Aprel 2020 - Çərşənbə

Rəhman Rəhmanov ölümlə üz-üzə - Təcili pul lazımdır (AÇIQLAMA)

Rəhman Rəhmanov ölümlə üz-üzə - Təcili pul lazımdır (AÇIQLAMA)
1575baxış
Vəziyyəti ağır olan tanınmış aktyor Rəhman Rəhmanov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə aparılıb.
 
Mediapress.az xəbər verir ki, Kukla Teatrının baş rejissoru Qurban Məsimov aktyorun son durumu ilə bağlı Yenicag.az-a açıqlama verib:
 
"Dünən aktyor Bakı Sağlamlıq Mərkəzinə aparılıb. Hazırda reanimasiyadadır. Gecə ikən analizlər götürüldü, diaqnoz qoyuldu. 12 barmaq bağırsağın yolunu daş bağlayıb. Onu təcili əməliyyat edib çıxarmaq lazımdır. Bunun üçün xəstəxanaya ödəniş olunmalıdır. Hələ ki, o məbləğ olmadığı üçün həkimlər gözləyir. Biz və yaxınları bu məbləğin toplanmasına çalışırıq. Təcili əməliyyat olunmasa, Rəhman müəllimin vəziyyəti daha da kritikləşə bilər. Qanına zəhərlənmə keçə, həyatı təhlükə ilə üz-üzə qalacaq”.